Məleykə Abbaszadə DİM-dən gedir?
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin vəzifəsindən ayrılacağı barədə məlumatlar yayılıb.
hadiseler.info xəbər verir ki, builki dövlət imtahan qəbulu prosesinin 73 yaşlı DİM rəhbərinin sonuncu iş ili ola biləcəyi iddia olunur. Yaş faktorunun və işin daha yaxşı təşkili məsələsinin nəzərə alınaraq 2000-ci ildən bu postu tutan Məleykə Abbaszadə ilə yolların ayrılması qərarının verildiyi bildirilir.
Mənbələrin verdiyi məlumata görə, DİM-in yeni rəhbərinin adı da artıq bəllidir. Quruma rəhbərlik etmək üçün hazırda ADNSU-nun rektoru vəzifəsini tutan, 1980-ci il doğumlu Rüfət Eyvaz oğlu Əzizovun namizədliyi qeyd olunur. Qeyd edək ki, R.Əzizov 2023–2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.
No Comment! Be the first one.