“Navai” haqqında HƏBS QƏRARI: 2 ay müddətinə azadlıqdan məhrum edildi
Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
hadiseler.info xəbər verir ki, bu barədə Qazaxıstanın “Tengrinews” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, tanınmış ifaçı narkotik maddələrin qaçaqmalçılığına cəhd maddəsi üzrə aparılan istintaq dövründə həbsdə saxlanılacaq.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində keçirilən yoxlama zamanı Nəvai Bəkirovun avtomobilində narkotik vasitə aşkarlanmışdı. Hadisə ilə bağlı qadağan olunmuş maddələrin qanunsuz keçirilməsinə cəhd faktı üzrə cinayət işi başlanılıb. Reperlə birlikdə avtomobildə olan daha iki nəfərin də saxlanıldığı bildirilir.
No Comment! Be the first one.