“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyulub.
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
hadiseler.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli modern mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələrin inşası da nəzərdə tutulub. Mehmanxana eyni vaxtda 307 qonağı qəbul etmək imkanına malik olacaq. Burada ümumilikdə 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün xüsusi hazırlanmış otaqlar istifadəyə veriləcək.
Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe və restoranlar, həmçinin böyük tədbir və ziyafət zalı fəaliyyət göstərəcək. Həmin zal ziyafətlər zamanı 350, konfrans və tədbirlər zamanı isə 500 nəfərlik tutuma malik olacaq. Kompleksdə görüş və iclas otaqları, müasir idman zalı və yeraltı avtodayanacaq da inşa ediləcək.
No Comment! Be the first one.