Nigeriyada polislərə silahlı hücum
Nigeriyanın şimal-qərb bölgəsində təhlükəsizlik qüvvələrinin maşınlarına qarşı törədilən silahlı hücum nəticəsində azı 8 nəfər ölüb.
hadiseler.info xəbər verir ki, bu barədə yerli özünümüdafiə dəstələrinin nümayəndələri və “Reuters” agentliyi məlumat yayıb.
İnsident zamanı hücum edənlər pusqu quraraq içərisində təhlükəsizlik əməkdaşlarının olduğu 15 nəfərlik avtobusu atəşə tutublar. Qətlə yetirilənlər arasında 5 polis əməkdaşı və hökumət tərəfindən dəstəklənən özünümüdafiə dəstəsinin 3 döyüşçüsü var.
Polisin açıqlamasına görə, hücumdan sonra 7 əməkdaşı xilas etmək mümkün olub, 2 yaralı isə tibbi yardım üçün təxliyə edilib. Cinayətkarlar hücum zamanı 5 ədəd “AK-47” avtomatını ələ keçiriblər. “Reuters”in mənbələri həmçinin bir neçə əməkdaşın qaçırıldığını bildiriblər, lakin hakimiyyət hələlik itkin düşənlərin dəqiq sayını təsdiqləməyib.
No Comment! Be the first one.