Ölkə ərazisində hava şəraiti kəskinləşib: Leysan yağır, şimşək çaxır
Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 11:00-a olan məlumatına əsasən, ölkənin bir sıra bölgələrində arabir şimşək çaxır, yağış yağır. Bəzi ərazilərdə yağışlar leysan xarakteri alıb.
Ən çox yağıntı Gədəbəy (32 mm) və Balakən (27 mm) rayonlarında qeydə alınıb. Sarıbaşda (Qax) 9 mm, Altıağacda 5 mm, Göygöl, Kişçay (Şəki) və Qəbələdə 3 mm, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan və Qusarda 2 mm yağıntı düşüb. Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam və Biləsuvarda, həmçinin Bakı və Abşeron yarımadasında fallsı miqdarı 1 mm-dək olub.
No Comment! Be the first one.