Ömər Rəcəbli Bakıdakı dünya çempionatında bürünc medal qazandı
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.
hadiseler.info xəbər verir ki, idmançımız Ömər Rəcəbli bürünc medal uğrunda həlledici görüşə çıxıb.
Qazaxıstan təmsilçisi Abilayxan Zubanazar ilə üz-üzə gələn cüdoçumuz gərgin keçən qarşılaşmada rəqibinə ipponla qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
No Comment! Be the first one.