Özbəkistan hərbçiləri Azərbaycana gəldi- VİDEO
Özbəkistan Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasına gəlib.
hadiseler.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, ölkəmizə gələn heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər uğurla icra olunub.
No Comment! Be the first one.