Penitensiar xidmətə yeni rəis təyin edildi – Sərəncam
Azərbaycanda Penitensiar xidmətə yeni rəis təyinatı olub.
hadiseler.info xəbər verir ki, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, S.Rzayev cari təyinatına qədər – 2025-ci ilin yanvar ayından etibarən Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, həmçinin Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində fəaliyyət göstərib.
No Comment! Be the first one.