Pezeşkian Trampla görüş üçün şartlərini açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla olası görüşün şərtlərini bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə İran lideri CBS telekanalına müsahibəsində bildirib.
Pezeşkian görüş üçün əsas şərtin Birləşmiş Ştatların İranda hakimiyyəti zor gücünə dəyişmək niyyətinin olmadığını sübut etməsi olduğunu deyib:
“İlk növbədə, bu müharibənin yaratdığı etimadsızlığı aradan qaldırmaq lazımdır. Biz imzaladığımız sənədlərə uyğun hərəkət etməliyik. ABŞ sübut etməlidir ki, nə hökumətimizi, nə də administrasiyamızı devirmək niyyətində deyil”.
İran dövlət başçısı əlavə edib ki, keçmişdə verilən itkilər və icra olunmayan razılaşmalar fonunda münasibətlərin tənzimlənməsi asan məsələ deyil.
No Comment! Be the first one.