Pirşağıda bədbəxt hadisə: 16 yaşlı yeniyetmə dənizdə batdı
Bakının Sabunçu rayonunda 16 yaşlı oğlanın dənizdə batması faktı qeydə alınıb.
Hadisələr.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Pirşağı qəsəbəsi ərazisində, sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr uzaqlıqda yerləşən nəzarətsiz çimərlik sahəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Daxil olan zəng əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedici heyəti dərhal əraziyə cəlb olunub.
Hazırda dənizdə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun tapılması istiqamətində dalğıclar tərəfindən intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir.
No Comment! Be the first one.