Prezident İlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Alman Birliyi Günü münasibətilə Ştaynmayeri və bütün Almaniya xalqını səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Məktubda iyul ayında Almaniyaya səfər zamanı imzalanmış “Strateji gündəliyə dair Birgə Bəyannamə”nin dövlətlərarası əlaqələrdə strateji tərəfdaşlıq mərhələsinin əsasını qoyduğu vurğulanıb. Dövlətimizin başçısı iqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdəki fəal əməkdaşlığın önəmini qeyd edərək, iki ölkə arasında dostluq əlaqələrinin və Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
No Comment! Be the first one.