Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı müraciətində geosiyasi rəqabətin kəskinləşməsi, münaqışələr və etimad böhranının qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Ölkə rəhbəri terrorçuluq, ekstremizm, transmilli cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq kimi təhdidlərin getdikcə daha mürəkkəb xarakter aldığını vurğulayıb.
Prezident İlham Əliyev xüsusilə müasir texnologiyaların, o cümlədən süni intellektin bədniyyətli istifadəsinin terrorçuluğun imkanlarını genişləndirə biləcəyinə diqqət çəkib. Dövlət başçısı təhlükəsizliyin təmin olunması üçün ölkələr arasında etimadın, məlumat mübadiləsinin və təhlükəsizlik orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edərək, Bakı Təhlükəsizlik Forumunun bu istiqamətdə dialoq və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
No Comment! Be the first one.