Prezident və ailə üzvləri sərgi ilə tanış olublar – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.
hadiseler.info xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər nümayiş olunur.
Qeyd edək ki, görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov özünəməxsus bədii üslubu və zəngin yaradıcılığı ilə seçilir. Sərgidə nümayiş etdirilən monumental rəngkarlıq tabloları və kiçikformatlı qrafik işlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini və Abşeron mövzusunun onun əsərlərindəki mühüm yerini əks etdirir.






No Comment! Be the first one.