Prezident və birinci xanım Vyetnamın Vitse-prezidenti ilə görüşdülər- FOTOLAR
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Vyetnamın Vitse-prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib, bu səfərin ikitərəfli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını qeyd edib.
Prezident İlham Əliyev Vyetnama səfərini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladaraq, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını vurğulayıb. Azərbaycanın AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama təşəkkür edilib.
Xanım Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətləri, quruma uğurlu sədrliyini və Zirvə Görüşünün Bakıda keçirilməsini yüksək qiymətləndirib. Görüşdə iki ölkə arasındakı tarixi ənənələrə, sovet dövründə təhsil alan tələbələrə, energetika sektorunun bərpasında Azərbaycanın dəstəyinə toxunulub. Eyni zamanda, SOCAR ilə “PetroVyetnam” arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn vəzifələr, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, azad viza rejiminin tətbiqi sahələri müzakirə olunub. Qonaq Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə minnətdarlığını bildirib.







No Comment! Be the first one.