Prezidentdən VACİB SƏRƏNCAM
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin mərhələli şəkildə tətbiqinə başlanılır.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət ümumi təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq olunacaq.
Qərara əsasən müvafiq qurumlara aşağıdakı tapşırıqlar verilib:
Nazirlər Kabinetinə: Adambaşına maliyyələşdirmə prinsipi üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, eləcə də dövlət büdcəsindən maliyyələşdirmə və artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Prezidentə məlumat vermək tapşırılıb.
Elm və Təhsil Nazirliyinə: Hər növbəti təqvim ili üçün adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək həvalə olunub.
Maliyyə Nazirliyinə: Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
No Comment! Be the first one.