Professor Yavər Şıxəliyev vəfat etdi
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib.
hadiseler.info xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Yavər Şıxəliyev zəngin və şərəfli həkimlik yolu keçib. O, 1973-cü ildə Naxçıvan MR Vərəm Əleyhinə Dispanserinin baş həkimi, 1986-cı ildə Naxçıvan şəhər Səhiyyə şöbəsinin müdiri, 1989-cu ildə isə Azərbaycan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi-təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Bakı şəhər Mərkəzi Vərəm Dispanserinin baş həkimi vəzifəsinə təyin olunan Y.Şıxəliyev sonrakı illərdə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Vərəm Əleyhinə Dispanserə rəhbərlik edib.
Səhiyyə sahəsindəki uzunillik səmərəli xidmətlərinə və elmi töhfələrinə görə 2015-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
No Comment! Be the first one.