Prokurorluq əməkdaşları ağac əkdilər
Azərbaycan Respublikası Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə ağacəkmə kampaniyası keçirilib.
hadiseler.info xəbər verir ki, tədbirdə Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhəri və tabe rayon prokurorluqlarının əməkdaşları, eləcə də prokurorluğun veteranları iştirak ediblər. Həmçinin aksiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları və könüllülər də aktiv iştirak göstəriblər.
Aksiya çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında regional torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilikdə 1200-dən çox zeytun və Eldar şamı ağacı əkilib. Kampaniyanın sonunda Baş prokuror Kamran Əliyev prokurorluq veteranları ilə görüşərək onlarla samimi söhbət aparıb.



No Comment! Be the first one.