Putin xəbərdarlıq etdi: “Gəlin, sülh içində yaşayaq, yoxsa…”
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinə dostluq və sülh şəraitində yaşamağı təklif edib, aksi takdirdə Rusiyanın adekvat cavab verəcəyini bəyan edib.
hadiseler.info xəbər verir ki, Rusiya lideri bu bəyanatı Hərbi-Sənaye Komissiyasının iclasındakı çıxışı zamanı səsləndirib.
Qərbə xitabən kəskin xəbərdarlıq edən Putin bildirib:
“Sadəcə onlara demək istəyirəm ki, gəlin, daha yaxşı sülh və dostluq içində yaşayaq, yoxsa biz də cavab verməli olacağıq. Bu, hər kəs üçün aydın və dərk olunan ümumi bir həqiqət olmalıdır, çünki başqa cür olmayacaq”.
Dövlət başçısı daha əvvəl də Qərbin müxtəlif vasitələrlə Rusiyanı sıxışdırmağa və “əzməyə” çalışdığını, lakin bu cəhdlərin nəticə verməyəcəyini vurğulamışdı.
No Comment! Be the first one.