Qida təhlükəsizliyinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqləndi
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamdan irəli gələn əsas vəzifələr və tapşırıqlar aşağıdakı kimi müəyyən olunub:
Nazirlər Kabineti: Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA): Proqramda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi: AQTA-nın sifarişi əsasında tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmalıdır.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi: AQTA ilə birlikdə hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının tərtibi prosesində lazımi maliyyə vəsaitinin nəzərdə tutulması üçün tədbirlər görməlidir.
No Comment! Be the first one.