Qırğızıstanda güclü zəlzələ baş verdi
Qırğızıstanda 5 və 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutuna istinadən məlumat yayıb.
Yeraltı təkanların episentri paytaxt Bişkek şəhərindən 124 kilometr cənub-şərqdə, Narın şəhərindən isə 73 kilometr şimal-qərbdə yerləşib.
Qeydə alınan zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
No Comment! Be the first one.