Qurban Qurbanovdan səmimi etiraf: “İllər məni səbirdən çıxarıb”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiyev “Dinamo”su ilə matçda qırmızı vərəqə alan futbolçusu Cebrail Makreçkisə verdiyi reaksiya və illər ərzindəki dəyişimi barədə danışıb.
hadiseler.info xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda jurnalistlərin suallarını cavablandırarkən fikirlərini bölüşüb.
Jurnalistin “Əvvəllər Kevin Medina və Miçel qırmızı vərəqə alanda sərt reaksiya verirdiniz, indi daha səbirlisiniz?” sualına baş məşqçi samimi cavab verib:
“İnanın ki, illər məni səbirdən çıxarıb. Səbrim tükənir yavaş-yavaş. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir – rəqibi görmürsən, səni qabaqlayır. Həmin epizod fərqli idi. Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynadığı üçün ona əsəbiləşmişdim. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan olub. Məşqdə də, oyunda da işini 100 faiz edirdi. Ona xəbərdarlıq etmişdim ki, önümüzdə vacib matç var, diqqətli olmalıyıq. Bəzən insan sadə epizodlara görə də əsəbiləşir”.
No Comment! Be the first one.