“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə bağladı
“Qəbələ” futbol klubu növbəti transferini rəsmən həyata keçirib.
hadiseler.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi Edson Eduardo ilə müqavilə imzalayıb. Yeni razılaşma 3 il müddətinə nəzərdə tutulub.
24 yaşlı braziliyalı müdafiəçi son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, bundan əvvəl Braziliyada “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” komandalarında oynayıb.
No Comment! Be the first one.