Ramiz Mehdiyevin köməkçisinə hökm oxundu
Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə yönələn xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirova məhkəmə hökmü oxunub.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, Eldar Əmirov sabiq rəhbər Ramiz Mehdiyevin cinayət işi çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunmuşdu.
No Comment! Be the first one.