Rusiyada hərbi təyyarə qəzaya uğradı: 6 nəfər həlak oldu – VİDEO
Rusiyanın Amur vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
Məlumata əsasən, “Tu-154” tipli hərbi təyyarə Krasnoyarovo kəndində qəzaya düşüb. İlkin məlumatlara görə, göyərtəsində ümumilikdə 7 nəfərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə aidiyyəti xidmətlər yönəldilib, qəzanın başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.