Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin yeni fərman İMZALADI
Rusiya Prezidenti Vladimir Putin ölkədən böyük həcmdə nağd pul çıxarılması ilə bağlı yeni fərman imzalayıb.
hadiseler.info “RİA Novosti”yə dayanaraq xəbər verir ki, qərara əsasən, fiziki şəxslərə bir sıra istisnalar istisna olmaqla, Rusiyadan Avrasiya İqtisadi Birliyi ölkələrinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul çıxarılması qadağan edilib.
Bundan başqa, Rusiya dövlət başçısı hüquqi şəxslərin və fərdi sahibkarların Azərbaycana, Tacikistana və Özbəkistana nağd rubl ixracına tətbiq edilən qadağanın müddətini də uzadıb. Yenilənmiş fərmana görə, hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq nağd pul çıxarmaq qadağandır.
Sənəddə yalnız təsdiqlənmiş bank çıxarışları ilə hökumətin müəyyən etdiyi beynəlxalq hava limanları vasitəsilə ixrac, beynəlxalq daşımalar və Xarici İşlər Nazirliyinin bildirişi əsasında diplomatik məqsədlər üçün istisnalar nəzərdə tutulub. Qaydalara əməl olunmadığı təqdirdə, fiziki şəxslərdən müəyyən olunmuş limitdən artıq valyuta, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə bütün pul məbləği müsadirə olunacaq.
No Comment! Be the first one.