Rusiyada zəncirvari qəza: 8 nəqliyyat vasitəsi toqquşdu, 6 yaralı var
Rusiyanın Samara şəhərində səkkiz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.
hadiseler.info xəbər verir ki, “112” Telegram kanalının yaydığı məlumata görə, incident Moskva şossesinin 18-ci kilometrliyində qeydə alınıb.
Toqquşan nəqliyyat vasitələri arasında 6 minik avtomobili, “Howo” markalı yük maşını və sərnişin avtobusu olub. Hadisə yerindən yayılan görüntülərdə avtomobillərdən birinin qarşıdan gələn nəqliyyat vasitələrini ayıran maneəyə çırpıldığı müşahidə olunur.
Olay yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və digər operativ xidmətlərin əməkdaşları cəlb edilib. Xəsarət alanların vəziyyəti və aldıqları xəsarətlərin ağırlıq dərəcəsi barədə hələlik rəsmi məlumat verilməyib. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.