Sabah havanın temperaturu 29 dərəcə olacaq
Oktyabrın 14-də ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin oktyabrın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskinli hava şəraitinin olacağı ehtimal olunur. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam saatlarında arabir duman müşahidə ediləcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi bölgələrdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlıq ərazilərdə isə gecə 7-12° isti, gündüz 15-20° isti təşkil edəcək.
No Comment! Be the first one.