Sabah pensiyalar tam ödəniləcək
Oktyabrın 20-də respublika üzrə pensiyaların ödənişinin tam yekunlaşdırılması nəzərdə tutulur.
hadiseler.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, həmin gün qoca, əlillik və itkiyə görə pensiyalarla yanaşı, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də vəsaitləri onların hesablarına köçürüləcək.
No Comment! Be the first one.