Şahbuzda maşın aşdı: 76 yaşlı qadın həyatını itirdi
Naxçıvanın Şahbuz rayonunda ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Şahbuz-Batabat magistral yolunda qeydə alınıb.
“VAZ 21013” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişin həlak olub. Qəzada Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova dünyasını dəyişib.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hazırda faktla bağlı geniş araşdırma aparılır.
No Comment! Be the first one.