SOCAR III rübdə 1,7 milyon tondan çox neft hasil edib
hadiseler.info xəbər verir ki, bu ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 717 min 082 ton neft hasil edib.
Bu barədə SOCAR-ın 2026-cı ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Bu, 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 93 min 050 ton və ya 5,1% azdır.
Ümumilikdə isə, üçüncü rübdə Azərbaycanda 6 milyon 590 min 477 ton xam neft hasil olunub. Bu da bir il əvvəlki göstərici ilə müqayisədə 389 min 044 ton və ya 5,6% azdır.
Xatırladaq ki, ötən ilin iyul-sentyabr aylərında SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarından 1 milyon 810 min 132 ton, ölkə üzrə isə 6 milyon 979 min 521 ton xam neft hasil olunub.
No Comment! Be the first one.