SON DƏQİQƏ- Məbləğ limiti dəyişdi: İllik 20 min yox, aylıq 50 min manat olacaq
Maliyyə Monitorinqi Xidmətinə elektron pul köçürmələri üzrə hesabatlılıq mexanizmi ilə bağlı müzakirələrə səbəb olan qərarda mühüm dəyişikliklər edilib.
hadiseler.info xəbər verir ki, əvvəl nəzərdə tutulan illik 20 min manatlıq kumulyativ hədd ləğv olunub. Yeni qaydalara əsasən, 20 min manat və ya daha çox olan hər bir elektron köçürmə əməliyyatı ayrıca MMX-yə bildiriləcək.
Fiziki şəxslər üçün isə (fərdi sahibkarlar istisna olmaqla) ay ərzində köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzindəki növbəti köçürmələr də MMX-yə təqdim olunacaq. Yəni illik 20 min manatlıq hədd aylıq 50 min manatlıq hədd ilə əvəzlənir.
Bundan başqa, yeni qaydaların qüvvəyə minmə tarixi də təxirə salınıb. Dəyişikliklər əvvəl elan edildiyi kimi 1 oktyabr 2026-cı ildən deyil, 1 yanvar 2027-ci ildən etibarən hüquqi qüvvəyə minəcək.
No Comment! Be the first one.