Sumqayıtda damda təmir işləri aparan usta xəsarət aldı- VİDEO
Sumqayıt şəhərində təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində bir vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedici qüvvələri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən bəlum olub ki, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlu tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hərəkətsiz qalaraq aşağı enə bilməyib.
Xilasedicilər damda təhlükəli vəziyyətdə qalan yaralı şəxsə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələri və avadanlıqların köməyi ilə onu təhlükəsiz şəkildə aşağı endiriblər.
Xəsarət alan M.Məmmədov dərhal əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadasına təhvil verilib.
No Comment! Be the first one.