Sumqayıtda qadın əri tərəfindən bıçaqlandı
Sumqayıt şəhərində amansız qətl hadisəsi törədilib.
hadiseler.info xəbər verir ki, hadisə Corat qəsəbəsi ərazisindəki fərdi yaşayış evində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Şəhanə İmanova yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsgər Hüseynov saxlanılıb.
Məlumata görə, qətlə ailədə yaranan münaqişə və qadının ərindən boşanmaq istəməsi səbəb olub. Bir müddətdir həyat yoldaşından ayrı yaşayan Ş.İmanova ərinin barışmaq təklifini rədd edib. Axşam saatlarında tərəflər arasında yenidən mübahisə düşüb və Ə.Hüseynov özü ilə gətirdiyi bıçaqla qadına xəsarət yetirərək onu öldürüb.
Qeyd edək ki, cütlüyün birgə nikahdan bir azyaşlı övladı yadigar qalıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.