Suraxanıda narkoəməliyyat: 11 kiloqram narkotik vasitə ələ keçirildi- VİDEO
Bakının Suraxanı rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.
Keçirilən baxış zamanı şübhəli şəxsdən 11 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində satışını təşkil etmək üçün müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə C.Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.