Suriyada avtobus gülləbaran edildi: 7 ölü, 4 yaralı
Suriyanın Xüms əyalətində sərnişin avtobusuna silahlı hücum həyata keçirilib.
hadiseler.info xəbər verir ki, hadisə Masyaf körpüsü yaxınlığında qeydə alınıb. Naməlum silahlı şəxslərin hərəkətdə olan avtobusa atəş açması nəticəsində ən azı 7 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli yaralar alıb.
Hadisə yerinə dərhal daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri cəlb olunub, yaralılar təxliyə edilərək xəstəxanaya çatdırılıb. Qanlı hücumun motivləri hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.