Ailəsi ilə mübahisə edən şəxs evini yandıraraq qaçdı
Şəmkir rayonunda yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xuluf kəndində baş verib.
İlkin məlumatlara görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə etdikdən sonra yaşadığı evi qəsdən yandıraraq hadisə yerindən qaçıb.
Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.