Taksi sürücüləri imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də xüsusi hazlırlığın qiymətləndirilməsi üzrə test imtahanı keçirəcək.
hadiseler.info xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Sürücülər 12 avqust saat 18:00-dan 7 sentyabr saat 18:00-dək DİM-in internet saytında (ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaradaraq qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak ödənişlidir və 35 AZN təşkil edir. Imtahanlar Bakı, Bərdə, Gəncə və Naxçıvanda təşkil olunacaq. Namizədlər buraxılış vərəqəsini imtahana 3 gün qalmış saytdan çap edə biləcəklər.
1 saat davam edəcək imtahanda sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı təqdim olunacaq. 10 və daha çox bal toplayan şəxslərə 7 il müddətində etibarlı olan şəhadətnamə veriləcək.
No Comment! Be the first one.