Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu
Tanınmış modeli döyməkdə, zorakılıqda və şəxsi yazışmalarını yaymaqda təqsirləndirilən iş adamına məhkəmə hökmü oxunub.
hadiseler.info xəbər verir ki, iş adamı Ziya Hüseynzadə əvvəlki cəzası da nəzərə alınmaqla 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, model Raziyyat Əliyeva (Razi) iş adamını ona qarşı zorakılıq törətməkdə və şəxsi yazışmalarını yaymaqda ittiham edib. Məhkəmə prosesi zamanı Ziya Hüseynzadəyə üç maddə üzrə bəraət verilib, lakin yekun qərarla o, ümumilikdə 9 il 6 ay müddətinə həbs olunub.
No Comment! Be the first one.