“Tarqovı”da obyektdə güclü yanğın baş verib
Bakının mərkəzində, ictimaiyyət arasında “Tarqovı” kimi tanınan ərazidə yerləşən obyektdə güclü yanğın hadisəsi qeydə alınıb.
Hadisələr.info xəbər verir ki, hadisə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektlərin birində baş verib. Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri operativ şəkildə cəlb olunub.
Görülən təhlükəsizlik tədbirləri çərçivəsində binada olan vətəndaşlar təxliyə edilib. Eyni zamanda, polis əməkdaşları tərəfindən ərazi mühasirəyə alınıb və təhlükəsizlik zonasının yaradılması təmin edilib.
“Tarqovı”da yanğının söndürülməsi davam edir
Fövqəladə Hallar Nazirliyindən verilən son məlumata görə, hazırda ərazidə yanğınla mübarizə və alovun söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri və dəymiş ziyan araşdırılır.


No Comment! Be the first one.