Tbilisi-Bakı qatarları ilə bağlı VACİB XƏBƏR
Tbilisi-Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı “Gürcüstan Dəmir Yolları” tərəfindən hər hansı çətinlik mövcud deyil.
hadiseler.info xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları”ndan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq məlumat verilib.
Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır. Sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı “Gürcüstan Dəmir Yolları” tərəfindən hər hansı maneə mövcud deyil və hazırda tərəflər arasında müvafiq iş prosesi davam edir.
“Gürcüstan Dəmir Yolları”nın məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.
Qeyd edək ki, Tbilisi-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər yayılmışdı.
No Comment! Be the first one.