“Toyota Bakı Mərkəzi”nin əməkdaşından 610 min manatlıq dələduzluq
“Toyota Bakı Mərkəzi”nin keçmiş sürücüsü tərəfindən törədilən külli miqdarda dələduzluq əməlinə məhkəmədə hüquqi qiymət verilib.
hadiseler.info xəbər verir ki, tanışı Tamerlan Əliyevin şikayəti əsasında 1986-cı il təvəllüdlü Vüsal Kərimov məsuliyyətə cəlb olunub.
İstintaq materiallarına əsasən, 2014-cü ildən şirkətdə çalışan V.Kərimov dostluq münasibətində olduğu Tamerlana birgə biznes qurmağı təklif edib. O iddia edib ki, Yaponiyadan sifariş olunan, lakin müştərilərin imtina etdiyi avtomobilləri sərfəli şərtlərlə alıb satmaqla gəlir əldə edə bilərlər. Bu yolla o, 2024–2025-ci illər ərzində zərərçəkəndən ümumilikdə 610 min manat pul alaraq mənimsəyib və sonradan pulları qaytarmaqdan imtina edərək yoxa çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Kərimov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
No Comment! Be the first one.