Tramp Atlantik okeanının adını dəyişmək istəyib – “Google” imtina edib
ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını “Tramp okeanı” kimi dəyişdirmək istədiyini, lakin “Google” şirkətinin baş direktoru Sundar Piçayinin bu təkliflə razılaşmadığını bildirib.
hadiseler.info xəbər verir ki, Tramp bu barədə coğrafi adlarla bağlı təşəbbüslərindən danışarkən məlumat verib.
Trampın sözlərinə görə, o, “Google Maps” xidmətində adın dəyişdirilməsi imkanını araşdırmaq istəyib. Lakin Sundar Piçayi okeanların beynəlxalq statusa malik olduğunu və bir çox ölkəni əhatə etdiyini əsas gətirərək rədd cavabı verib:
“Cənab, okeanlar fərqlidir. Onlar bir çox ölkəni əhatə edir. Xahiş edirik, bizdən bunu istəməyin.”
Söhbətdən sonra fikrindən daşındığını deyən ABŞ dövlət başçısı “Google” rəhbərliyini “parlaq insanlar” adlandırıb.
Xatırladaq ki, daha əvvəl “The Washington Post” Trampın okeanlardan birinin adını dəyişdirmək barədə təklif səsləndirdiyini, CNN isə onun bu fikri zarafatla dediyini yazmışdı. Digər tərəfdən, “Google” artıq ABŞ istifadəçiləri üçün Ontario gölünün adını daxili coğrafi adlar bazasına əsasən “Amerika gölü” kimi göstərməyə başlayıb.
No Comment! Be the first one.