Trampdan İrana sərt xəbərdarlıq: “Bir saat ərzində həyata keçirilə bilər”
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranın nüvə proqramına aid obyektin yerləşdiyi iddia edilən Pikaks dağına zərbə endirmək ehtimalını istisna etməyib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
D.Tramp bildirib: “Biz onları “Gecəyarısı çəkici” ilə bombardman etdik. Onların bütün potensial nüvə gücünü məhv etdik. İndi isə yəqin ki, Pikaks ilə məşğul olmalı olacağıq”. Amerika liderinin sözlərinə görə, bu hücum o qədər də böyük məsələ deyil və cəmi bir saat ərzində həyata keçirilə bilər. Tehranın nüvə silahına sahib olmasının qəbuledilməzliyini vurğulayan prezident rəsmi Vaşinqtonun İranla müharibə aparmadığını, əksinə, danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb: “Biz müharibə aparmırıq. Aylardır ki, üzərində işləyirik və danışıqlar aparırıq. Onlar danışıqlar prosesində əlverişsiz mövqedədirlər”.
Xatırladaq ki, D.Tramp daha öncə də Pikaks dağına zərbə endirməklə bağlı dəfələrlə açıq xəbərdarlıq edib. Buna səbəb kimi Tehranın həmin ərazidə nüvə layihəsi çərçivəsində fəaliyyət göstərməsi iddiası göstərilir. “Kolang Qaz La” adı ilə də tanınan Pikaks dağı İranın ən böyük dağ sistemi olan Zaqrosa aiddir və Nətənz uranzənginləşdirmə zavodunun yaxınlığında yerləşir.
No Comment! Be the first one.