“Trump TV” fəaliyyətə başladı
ABŞ Prezidentinin Administrasiyası “Trump TV” adı verilən yeni xəbər və yayım platformasının fəaliyyətə başladığını elan edib.
hadiseler.info “The Washington Sun” nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb.
ABŞ liderinin mətbuat katibi Kaelan Dorr “Trump TV”də administrasiyanın ən parlaq anlarının senzurasız canlı yayımının aparılacağını bildirib. Onun sözlərinə görə, bu kanalda hətta əsas xəbər kanallarında işıqlandırılmayan məqamlar da nümayiş etdiriləcək.
“Bəzi hallarda mətbuat administrasiyanın amerikalıların rifahı naminə əldə etdiyi çoxsaylı rekord nailiyyətlər haqqında qeyri-dəqiq məlumatlar verirdi və ya ümumiyyətlə məlumat vermirdi”, – deyə Dorr elan edib.
Qeyd edək ki, “Trump TV”nin yayımı Ağ Evin “YouTube” kanalında və rəsmi tətbiqin “canlı yayımlar” bölməsində həyata keçirilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp CNN, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə girişini qadağan edib. Tramp sözügedən mətbuat orqanlarını yalan məlumatlar yaymaqda ittiham edib. Həmin media qurumları məsələ ilə bağlı məhkəmə iddiası qaldırıb, digər telekanallar isə həmrəylik nümayiş etdirərək Ağ Evdən birbaşa yayımları dayandırıblar.
No Comment! Be the first one.