Təyyarədə sərnişin stüardessanı diz çökdürdü – VİDEO
Çinə məxsus “China Eastern Airlines” şirkətinin təyyarəsində sərnişin və bələdçi arasında qalmaqallı insident yaşanıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Hefey – Dalyan marşrutu üzrə həyata keçirilən uçuş zamanı bələdçi qadın xidmət göstərərkən bilmədən araba ilə sərnişinin dirsəyinə toxunub. Narazı qalan sərnişin bələdçidən diz çökərək üzr istəməsini tələb edib və stüardessa təyyarənin dəhlizində onun önündə diz çökmək məcburiyyətində qalıb.
Hadisədən sonra “China Eastern Airlines” aviaşirkəti öz əməkdaşının hüquqlarını müdafiə edərək hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. Şirkət nümayəndələri bildiriblər ki, sərnişinin bu davranışı mülki hava gəmisində nizam-intizamı pozmaqla yanaşı, stüardessanın ləyaqətini də ciddi şəkildə alçaldıb.
Faktla bağlı toplanmış materiallar polisə təqdim olunub, qaydanı pozan sərnişinin adı isə aviaşirkətin “qara siyahı”sına daxil edilib.
No Comment! Be the first one.