Ucarda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisələr.info APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında magistralın Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yol boyu hərəkətdə olan velosipedçini vurub.
Ağır xəsarətlər alan velosipedçi aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.