XV Beynəlxalq İpək Yolu Festivalına start verildi – Fotolar
Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə XV Beynəlxalq İpək Yolu Festivalı təntənəli açılış mərasimi ilə start götürüb.
Hadisələr.info-nun məlumatına görə, açılış mərasiminə dövlət və ictimaiyyət nümayəndələri, diplomatik korpusun üzvləri, konsullar, şəhər ziyalıları, mədəniyyət və incəsənət xadimləri, həmçinin çoxsaylı gəncəlilər və qonaqlar qatılıblar.
Mərasimi Azərbaycan Respublikasının Xalq artistləri Firəngiz Əlizadə və Aygün Səmədzadə giriş sözü ilə açıb, festival iştirakçılarına xoş gəldin deyiblər. Səslənən çıxışlarda qeyd olunub ki, XV Beynəlxalq İpək Yolu Festivalı fərqli xalqların musiqisini və mədəniyyətini bir məkanda birləşdirən, ölkələr arasında mədəni dialoqun və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mötəbər platformalardan biridir.
Ardınca Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, filarmoniya solistləri və rəqs kollektivi zəngin konsert proqramı təqdim ediblər.
Festivalın beynəlxalq xarakterini nümayiş etdirən proqram çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı milli rəqslər ifa edərək tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
No Comment! Be the first one.