Xəzər dənizində böyük miqdarda narkotik aşkar olundu- FOTOLAR
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq faktı aşkarlanıb.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumata görə, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsi, texniki müşahidə məntəqəsi və sərhəd gəmisinin birgə fəaliyyəti nəticəsində Lənkəran reydində, sahildən 20 dəniz mili məsafədə dənizdə axtarış aparılıb. Əməliyyat zamanı ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə və bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar edilərək götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



No Comment! Be the first one.