Yevlaxda iki yük maşını toqquşdu- Sürücü avtomobildən xilas edildi – VİDEO
Yevlax şəhər ərazisindəki dairədə yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, avtomobil daşıyan yük maşını ilə şəkər çuğunduru ilə dolu olan qoşqulu “Kamaz” markalı yük avtomobili toqquşub. Zərbənin gücündən yük maşını ağır deformasiyaya uğrayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Xüsusi vasitələrin köməyi ilə nəqliyyat vasitəsində sıxılıb qalan sürücü xilas edilərək təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hazırda qəzanın başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
No Comment! Be the first one.