Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsi üçün əsas şərtini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində prezident seçkilərinin təşkil edilməsi üçün Rusiyanın 60 günlük tam atəşkəsə razılıq verməli olduğunu bəyan edib.
hadiseler.info xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın “ABC” telekanalının “This Week” proqramına verdiyi müsahibəsində bildirib.
“Putinə deyin ki, bizə iki ay, 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, — deyə Ukrayna dövlət başçısı vurğulayıb.
Müsahibə zamanı Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı bəyanatına da cavab verib. O qeyd edib ki, ölkəyə kimin rəhbərlik edəcəyinə yalnız Ukrayna xalqı karar verməlidir: “Bütün hörmətimlə, liderin kim olacağını seçmək xalqımızın öz işidir”.
Zelenski həmçinin Rusiyanın da Ukraynada hakimiyyət dəyişikliyində maraqlı olduğunu iddia edib.
Eyni zamanda, Ukrayna Prezidenti Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin dayandırılması şərtinə də toxunub. O bildirib ki, Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyev də analoji addımları atmağa hazırdır.
No Comment! Be the first one.